"Apple" şirkəti 450 milyon dollar təzminat ödəyəcək. SİA-nın məlumatına görə, ABŞ Konstitusiya Məhkəməsinə müraciət edən şirkətin şikayəti məhkəmə tərəfindən rədd edilib.
Belə ki, "Apple" elektron kitabları gizlicə baha qiymətə satmaqda və rəqabət qaydalarını pozduğuna görə 450 milyon dollar məbləğində təzminat ödəyəcək.
Şirkət 400 milyon dollar elektron kitablara artıq pul ödəyən müştərilərinə, 20 milyon dollar şikayəti irəli sürən əyalətlərə, 30 milyon dollar isə qanuni cərimə olmaqla cəmi 450 milyon dollar təzminat ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB