"Apple" şirkəti 2016-cı il fevralın 8-dən Çin ərazisində öz "Apple Pay" mobil ödəmə xidmətini buraxmağı planlaşdırır. Xəbər verilir ki, şirkət hazırda Çinin dörd böyük dövlət bank ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb. Bu ilin sentyabrında Amerikanın nəhəng IT şirkəti Şanxay azad ticarət zonasında Apple Technology Services şirkətini yaratmışdı.
Qeyd edək ki, bu il noyabrın 17-dən "Apple Pay" Kanadada işə başlayıb, noyabrın 19-dan isə Avstraliya istifadəçilərinə açıq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB