Mobil cihazların elektron qeydiyyatı 12,3 faiz artıb

Mobil cihazların elektron qeydiyyatı 12,3 faiz artıb

Oktyabrda "Elektron hökumət" portalı üzərindən qeydiyyatdan keçirilən mobil cihazların sayı sentyabr ayı ilə müqayisədə 12,3 faiz artıb. Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən bildirilib ki, ötən ay elektron qaydada qeydiyyatdan keçirilən mobil cihazların sayı 55 min 598 ədəd olub.

Elektron qeydiyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi "Mobil cihazların qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə həyata keçirilir. Elektron xidmət vətəndaşlara xarici ölkələrdən aldıqları mobil cihazları asan şəkildə qeydiyyatdan keçirmək və onlayn ödəniş etmək imkanı verir.

Bütün xəbərlər Facebook səhifəmizdə