...Yeni əlverişli qiymətə satılan Dacia Striker 2027 model ili populyar model sırasına qoşulacaq və Avropa bazarında Renault Megane-ni əvəz edəcək.
SİA-nın məlumatına görə, avtomobil rəsmi olaraq premyerasından əvvəl təqdim edilib.
Avtomobil, şübhəsiz ki, alıcıları təəccübləndirəcək, çünki şirkət daha böyük bir avtomobillə başqa bir seqmentdəki mövqeyini gücləndirmək niyyətindədir.
Bu barədə məlumat, bəzi dizayn detalları ilə birlikdə rəsmi olaraq açıqlanıb.
Əvvəllər C-Neo kimi tanınan yeni Dacia modeli, Skoda Octavia, VW Golf və Opel Astra-ya əlverişli qiymətə rəqib olacaq. 2026-cı ilin sonuna qədər satışa çıxarılacaq.
Megane ən inkişaf etmiş bazarlarda elektrik mühərrikinə keçdikdən sonra Dacia daxili yanma mühərriki ilə təchiz olunmuş oxşar ölçülü avtomobil təklif etmək qərarına gəldi. Lakin, model sırasına hibrid variantlar da əlavə olunacaq. Hazırda krossover kimi təqdim olunsa da, model təxminən 4,6 metrlik kuzov uzunluğuna və bir qədər artırılmış yer klirensinə malik stilizə edilmiş liftbekdir.
Yeni Dacia geniş interyer, müasir texnologiya və 25.000 avroya qədər aşağı qiymət birləşdirməlidir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB