Məşhur Ferrari superkarı yenidən bazara çıxdı…

Əfsanəvi 90-cı illərin modeli yenilənmiş versiyada istehsala qayıtdı…

...1994-cü il Ferrari F355 yenidən istehsala qaytarılır. Əfsanəvi superkar özünün tanış dizaynını qoruyub saxlasa da, daha müasir və güclü hala gəlib.

Yeni Ferrari F355-in istehsalına mart ayında başlanacaq və cəmi 55 ədəd istehsal olunacaq.

SİA xəbər verir ki, Carscoops-a görə, Ferrari F355-in qiyməti təxminən 800.000 dollardır.

Ferrari F355 superkarı İtaliyada deyil, Böyük Britaniyada yenidən canlandırılıb.

Bu, Evoluto Automobili-nin yaradıcılığıdır: layihə iki il əvvəl təqdim edilib və yenilənmiş model o vaxtdan bəri təkmilləşdirilib və sınaqdan keçirilir.

Ferrari F355 Evoluto kupesi açılan faralar ilə tanış zərif dizaynını qoruyub saxlayır, lakin onu məşhur britaniyalı stilist, Aston Martin DB7 və Jaguar XK-nın yaradıcısı Yan Kallum yeniləyib.

Avtomobil kuzov dəsti, böyüdülmüş hava girişləri və arxa qanadlarda şık "qalslar" var.

Bundan əlavə, müasir 19 düymlük təkərlər və LED faralar quraşdırılıb.

Bütün kuzov panelləri artıq karbon lifindən hazırlanıb ki, bu da avtomobilin çəkisini 1422 kq-dan 1250 kq-a endirir və struktur sərtliyini 23 faiz artırır.

Ferrari F355-in interyeri dəbdəbəli dəri və ya Alkantara ilə örtülüb və alıcılar bəzəkləri fərdiləşdirə və ekstravaqant rənglər seçə bilərlər.

Avtomobil həmçinin yeni idman oturacaqları və sükan əldə edib. 3,5 litrlik yüksək dövrəli V8 mühərriki tənzimlənib və 8000 dövr/dəq-də gücü 380-dən 420 at gücünə qədər artırılıb. Əlavə ödəniş müqabilində həcmi 3,7 litrə qədər artırıla bilər və 9000 dövr/dəq-də gücü 480 at gücünə qədər artırıla bilər. Mühərriklər 6 pilləli mexaniki ötürücü qutu ilə birləşdirilib. Bundan əlavə, mühəndislər asqı üzərində işləyiblər və müasir Brembo əyləcləri quraşdırıblar - polad və ya karbon-keramika disklər arasında seçim edə bilərsiniz.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə