...Ford şirkəti yeni əlverişli elektrik pikapının tizerlərini yayımlayıb. Avtomobil özünəməxsus dizayna malikdir. Fordun elektrik pikapı 2027-ci ildə debüt edəcək və təxminən 30.000 dollara başa gələcək.
SİA xəbər verir ki, Carscoops-a görə, ona 1960-cı və 1970-ci illərin pikapının şərəfinə Ranchero deyilə bilər.
Şəkillərdə Ford Ranchero kəsikli dizayna və nazik LED farlara malikdir. Lakin, o, Tesla Cybertruck qədər radikal deyil və kuzovda eləcə də alt hissədə mürəkkəb aerodinamikaya malikdir. Bu da 80 km məsafəni artırmağa imkan verir.
Bundan əlavə, yeni model Cybertruck və ya Ford F-150 Lightning-dən daha kompakt olacaq. Bu, yeni tək kuzovlu platformada qurulmuş kompakt pikap olacaq.
Dizaynlarda alüminiumdan geniş istifadə olunur.
Həmçinin məlumdur ki, elektrik avtomobili litium dəmir fosfat (LFP) batareyası ilə təchiz olunacaq.
Modelin tərtibatçılarından biri Tesla-nın keçmiş mühəndisi Alan Klarkdır.
Müasir istehsal texnologiyaları Fordun elektrik avtomobilinin qiymətini azaltmağa kömək edəcək: gigacasting (böyük komponentlərdən yığma) və naqillərin miqdarını azaldan 48 voltluq arxitektura…
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB