Lexus LC 500 kupesi və təbii aspirasiyalı V8 mühərrikli kabriolet 2026-cı il model ilindən sonra istehsalı dayandırılacaq.
Şirkət izah etdi ki, bu qərar məhsul strategiyasının və model sıra strukturunun nəzərdən keçirilməsinin bir hissəsi olaraq verilib. Lexus nümayəndələrinin sözlərinə görə, brendin hazırkı prioriteti yeni idman çeşidinin buraxılmasıdır.
SİA xatırladır ki, Lexus LC 2016-cı ildə Detroyt avtosalonunda LF-LC konseptinin istehsal versiyası kimi təqdim edilib.
İstehsal 2017-ci ildə başlayıb və bir il sonra kupeyə kabriolet versiyası qoşulub. Model 471 at gücünə malik 5.0 litrlik benzin V8 mühərriki ilə təchiz olunub. 3.5 litrlik V6 mühərrikli hibrid versiya da mövcud idi, lakin alıcıların yalnız kiçik bir hissəsi bu versiyanı seçib.
Hibrid versiya ötən il istehsalı dayandırılıb. Lexus LC-nin konseptual varisi hələ buraxılmamış Toyota GR GT əsasında hazırlanmış idman kupesi olacaq.
Modelin bazarda debütü 2027-ci ilə qədər baş tutmayacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB