İlk özəl orbital stansiya buraxılışa hazırlanır...

Bu, Beynəlxalq Kosmik Stansiyanı əvəz edə bilər...

...NASA, Beynəlxalq Kosmik Stansiya üçün potensial əvəzedici yaratmaq niyyətiylə özəl şirkətlərə maliyyə ayıran xüsusi bir proqram yaradıb. Tək modullu Haven-1 orbital stansiyası gələn il istifadəyə verilməyə hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, Beynəlxalq Kosmik Stansiyasının (BKS) 2030-cu ildə fəaliyyətini dayandırması planlaşdırılır.

NASA onu orbitdən çıxararaq Sakit Okeanda batırmağı və bununla da 30 illik tarixinə son qoymağı planlaşdırır.

Bir neçə özəl şirkət potensial BKS əvəzedicisi hazırlamaq üçün NASA-nın maliyyələşdirilməsi uğrunda mübarizə aparır. Onlardan biri olan Vast, daha böyük Haven-2 stansiyasının sələfi olması nəzərdə tutulan tək modullu orbital stansiyası Haven-1-in inkişafında əhəmiyyətli irəliləyiş əldə edib.

Futurism-ə görə, bu, orbitdəki BKS-in tam hüquqlu əvəzedicisi ola bilər.

NASA-nın planlarına görə, 2030-cu ilə qədər Yer kürəsinin orbitində Beynəlxalq Kosmik Stansiyanı (BKS) əvəz edən ən azı bir özəl kosmik stansiya olmalıdır.

NASA orbital elmi tədqiqatlar aparmaq üçün bu stansiyalardan birindən və ya bir neçəsindən istifadə etməyi planlaşdırır. NASA şirkətlərlə astronavtları və elmi avadanlıqları öz stansiyalarında yerləşdirmək üçün müqavilələr bağlayacaq.

NASA hələlik bir neçə şirkətə yeni, tam hüquqlu orbital stansiya qurmaq üçün maliyyə təmin edən Kommersiya Kosmik Stansiyaları proqramı üçün finalçıları seçməyib. Ən azı iki finalçının seçiləcəyi məlumdur.

Vast ilk kommersiya kosmik stansiyasını orbitə çıxaran ilk şirkət olmaq uğrunda yarışır. Şirkətin məlumatına görə, Haven-1-in əsas strukturu tamamlanıb və qalan komponentlərin yığılmasına başlanılıb.

Yerüstü sınaqlar 2026-cı ilin payızına planlaşdırılır və Haven-1-in SpaceX Falcon 9 raketi ilə 2027-ci ilin əvvəlində orbitə çıxarılması planlaşdırılır.

Haven-1 çox sayda astronavtı yerləşdirmək və ya onların kosmosda uzunmüddətli qalmasını təmin etmək üçün nəzərdə tutulmayıb.

Astronavtlar SpaceX-in Crew Dragon kosmik gəmisi tərəfindən oraya çatdırıldıqdan sonra stansiyada təxminən 14 gün qala biləcəklər. Lakin Vast əvvəlcə stansiyanın pilotsuz orbital sınaqlarını aparacaq.

Vast bildirib ki, stansiyalarının üstünlükləri təhlükəsizlik və aşağı qiymət, eləcə də astronavtlar üçün çox rahat şəraitdir. Vast hələ də NASA-dan əlavə maliyyələşdirmə alıb-almayacağını müəyyən etmək üçün cavab gözləyir.

Bir neçə özəl şirkət də potensial olaraq Beynəlxalq Kosmik Stansiyanı əvəz edə biləcək öz kosmik stansiyalarını orbitə buraxmaq istəyir.

Voyager Technologies bu yaxınlarda Starlab stansiyasının tammiqyaslı inkişafına başlayıb.

Blue hələ də Orbital Reef stansiyasını, Axiom Space isə Axiom stansiyasını inkişaf etdirir.

Bununla belə, Axiom Space stansiyasını 2028-ci ildə orbitə çıxarmağa ümid edir. 2030-cu ildə hansı özəl kosmik stansiyanın Beynəlxalq Kosmik Stansiyanı əvəz edə biləcəyini demək çətindir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə