Çin geoloqları “Zhurong” roverinin məlumatlarını tədqiq edərək müəyyən ediblər ki, 750 milyon il əvvəl Marsın səthində hələ də su var idi. Bu barədə Sinxua xəbər agentliyi məlumat yayıb. Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimlərinin araşdırması göstərib ki, Qırmızı Planetdə su əvvəllər düşünüldüyündən bir neçə yüz milyon il daha uzun müddət ərzində nisbətən böyük miqdarda mövcud olub.
Roverin əldə etdiyi məlumatlar göstərir ki, onun eniş yeri 4 metr qalınlığında vahid çöküntü təbəqəsi ilə örtülmüşdür və onun altında kraterlər yerləşir. “Çöküntü təbəqəsinin vahid qalınlığı və davamlılığı vulkan püskürmələri və ya küləklə idarə olunan proseslərin mümkünlüyünü istisna edir”, - aparıcı tədqiqatçı Liu Yike bildirib. “Yeganə ağlabatan izahat ondan ibarətdir ki, o zaman bu ərazi dayaz göl və ya böyük gölə bənzər su çöküntü mühitində idi.
VƏLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB