Yer kürəsinin maqnit qütblərinin tərsinə çevrilməsi qiymətləndirilib...
...Yer kürəsinin maqnit qütblərinin tərsinə çevrilməsi, əgər başlasa, çox uzun çəkəcək və bəşəriyyət üçün fəlakətli təhlükə yaratmayacaq.
SİA xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Rusiya Elmlər Akademiyasının Yer Fizika İnstitutunun baş elmi işçisi Aleksandr Pasenko bildirib.
Qütb tərsinə çevrilmə prosesinin özü bir neçə min il çəkəcək. Lakin bundan sonra maqnit sahəsinin gücünün tam bərpası 25.000-40.000 il çəkə bilər.
Bu dövrdə planetin kosmik radiasiyadan qorunması zəifləyəcək.
Alimin sözlərinə görə, tərsinə çevrilmə Yer səthindəki həyat üçün heç bir təhlükə yaratmır.
Tarix göstərir ki, bəşəriyyət və təbiət əvvəllər də oxşar hadisələrlə qarşılaşıblar.
Məsələn, təxminən 41.000 il əvvəl maqnit sahəsinin gücü hazırkı səviyyəsinin 10 faizinə düşmüşdü, lakin insan əcdadları və biosfer sağ qalıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB