Alimlər insan düşüncəsinin unikallığı mifini təkzib etdilər…

Aristotel yanılırdımı?

...Aristotelin iddia etdiyi kimi, rasional düşüncə qabiliyyəti uzun müddətdir ki, unikal insan xüsusiyyəti hesab olunur. Lakin yeni tədqiqatlar göstərir ki, şimpanzelər yalnız dəlillərə əsaslanaraq qərarlar qəbul etmir, həm də əvvəllər yalnız dörd yaşında uşaqlarla əlaqəli olan inanclarını yenidən nəzərdən keçirmək üçün rasional strategiyalardan istifadə edirlər.

SİA-nın məlumatına görə, məqalə Popular Science jurnalında dərc olunub.

Uqandadakı Ngamba adası şimpanze sığınacağından olan tədqiqatçılar primatlara iki qutu təklif edən bir təcrübə apardılar: biri qida olan, digəri isə boş.

Şimpanzelər əvvəlcə ilkin işarə, ardınca isə yeməyin yerini göstərən müxtəlif güclü ardıcıl işarələr aldılar.

Utrext Universitetinin İnkişaf Psixologiyası üzrə dosenti və tədqiqatın həmmüəllifi Hanna Şleyxauf nəticələri belə izah etdi: "İlkin dəlillər inandırıcı olduqda, şimpanzelər ilkin seçimlərinə sadiq qaldılar; yeni dəlillər ilkin olanları açıq şəkildə üstələdikdə, seçimlərini dəyişdirdilər."

Kompüter modellərindən istifadə edərək, alimlər şimpanzelərin cavablarının sadəcə yeni əldə edilmiş dəlillərə üstünlük verməklə deyil, optimal inancların yenidən nəzərdən keçirilməsi strategiyaları ilə uyğun olduğunu təsdiqlədilər.

Ən təəccüblü kəşf primatların dəlillərə qarşı metakognitiv həssaslığı idi.

Şleyxauf əlavə edib ki, onlar yalnız seçimlərini düzəltmədilər, həm də inancları üçün dəlil bazasını izlədiklərini göstərən şəkildə etdilər.

Bu, uzun müddətdir unikal insan xüsusiyyəti hesab edilən rasionallığın əsas xüsusiyyəti olan dəlillərin ölçülməsinə əsaslanan inancların yenidən nəzərdən keçirilməsinin də şimpanzelərdə mövcud olduğunu göstərir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə