Azərbaycanda internet saytlarında yaranan problem aradan qaldırılıb

Bir neçə saat öncə Azərbaycanda və dünyada bir çox xəbər və müxtəlif təyinatlı saytlara daxil olmaq mümkün deyildi. İstər mobil cihazlardan, istərsə də kompüterlərdən həmin resurslara keçid zamanı texniki xətalar yaranırdı. İnformasiya texnologiyaları üzrə ekspert Fərid Pərdəşünasın sözlərinə görə, problem qlobal xarakter daşıyırdı.

SİA-nın məlumatına görə, artıq problem həll olub və saytlara daxil olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə