Astronomlar həyat əlamətləri ola biləcək Yer kürəsinin "ikiqat planetini" kəşf ediblər. Bu barədə Science XXI SciTechDaily-yə istinadən məlumat verib.
SİA-nın məlumatına görə, sözügedən GJ 251 adlı planet Yer kürəsindən 18 işıq ili məsafədə yerləşir.
Bu, qırmızı cırtdan mərhələsindəki ulduzun yaşana bilən zonasında yerləşən qayalı bir planetdir.
Tədqiqatlar göstərir ki, onun səthində maye su ola bilər və bu da həyatın mövcudluğu üçün şərait yaradır.
Lakin, məqalədə deyilir ki, bu kəşfi qəti şəkildə təsdiqləmək üçün planetin şəklini çəkə biləcək Otuz Metrli Teleskop (TMT) ilə müşahidələr aparmaq lazımdır.
Yazda beynəlxalq astronomlar qrupu da Yer kürəsinə bənzər ölçüdə yeni bir ekzoplanet kəşf etdi.
Planetin ətrafında fırlandığı SPECULOOS-3 ulduzu ultra sərin bir cırtdandır. Günəşdən təxminən səkkiz dəfə kiçik və 10 dəfə az kütləyə malikdir.
Ulduzun 6,6 milyard yaşı, temperaturunun isə 2526 dərəcə Selsiyə çatdığı təxmin edilir.
Bu yay beynəlxalq astronomlar komandası daha bir unikal kəşf etdi: elm tarixində ilk dəfə olaraq, Orion bürcündə Yerdən 420 parsek məsafədə yerləşən gənc HOPS-315 ulduzu ətrafında planetar sistemin formalaşmasının erkən mərhələlərini müşahidə etdilər.
Müşahidələr yerüstü və kosmik teleskoplardan istifadə etməklə aparılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB