Son onilliyin ən etibarlı 10 krossoveri adlandırılıb…

Siyahıya 2012-ci il Lexus GX başçılıq edib…

...TopSpeed ​​​​portalı son onilliyin ən etibarlı krossoverlərinin reytinqini tərtib edib.

SİA-nın məlumatına görə, siyahıda 2012-ci il Lexus GX birinci yerdədir.

Toyota Land Cruiser Prado əsasında hazırlanan bu avtomobil 100 baldan 89 etibarlılıq balı alıb.

İkinci yerdə 100 baldan 88 etibarlılıq balı ilə 2017-ci il Toyota 4Runner, üçüncü yerdə isə 88 etibarlılıq balı ilə 2010-cu il Toyota RAV4 qərarlaşıb.

Növbəti gələnlər: 2018 Kia Sportage, 2017 Buick Encore, 2015 Hyundai Tucson, 2018 Subaru Forester, 2018 BMW X3, 2017 Lexus RX və 2019 BMW X5-dir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə