BMW şirkəti M Competition versiyalarından imtina edəcək…

...BMW M Bölmə Rəhbəri Frank van Mil şirkətin M modellərinə daha güclü alternativ olan M Competition trimindən tədricən imtina edəcəyini açıqladı.

SİA xəbər verir ki, rəhbərin sözlərinə görə, müştərilərin 80 faizdən çoxu Competition trimini üstün tutduğundan, marka onu bütün yeni M modellərində standart hala gətirməyə qərar verdi.

İndi hər bir M modeli standart olaraq Competition trimi olacaq.

Gələcəkdə BMW M modellərinin sıra strukturu üç kateqoriyaya qədər sadələşdiriləcək.

Baza M daha güclü olacaq, CS və CSL trimləri isə trek performansına uyğunlaşdırılacaq.

Gələn il M3, M4 və X5 M modelləri Competition trimlərini saxlayacaq. Xüsusilə, M3 və M4 xDrive tam ötürücülü və daha güclü 523 at gücünə malik mühərriklər alacaq, X5 M isə 617 at gücünə malik mühərriklə təchiz olunacaq.

Lakin yenilənmiş M2 və M5 artıq ayrı Competition trimlərinə malik olmayacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə