Fizik ilk dəfə əsrlik tənliyi dəyişdirib...

Təhlükəli nanopartiküllərin havada hərəkətini proqnozlaşdırmaq üçün yeni bir metod hazırlanıb...

...Uorvik Universitetindən bir tədqiqatçı atmosferdə kürələrdən nazik disklərə qədər istənilən formada olan nanopartikulların hərəkətini hesablamaq üçün ilk sadə və universal metod təklif edib.

SİA-nın məlumatına görə, bununla bağlı "Journal of Fluid Mechanics" jurnalı yazıb.

Hər gün insanlar milyonlarla mikroskopik hissəciyi - his, toz, mikroplastik, virus, polen və sintetik nanopartikulları nəfəs alırlar.

Bunlardan bəziləri ağciyərlərə dərin nüfuz edəcək və hətta qan dövranına daxil olacaq qədər kiçikdir ki, bu da ürək tutması, insult və xərçəng riskini artırır.

Problem ondadır ki, bu hissəciklərin əksəriyyəti nizamsız formadadır, lakin mövcud riyazi modellər onları rahatlıqla mükəmməl kürə kimi qəbul edir.

Bu, hesablamaları təhrif edir və hissəciklərin real şəraitdə davranışının dəqiq proqnozlaşdırılmasına mane olur - məsələn, onların nə qədər tez çökdüyü və ya hava axınları ilə daşındığı.

Uorvik Universitetinin Mühəndislik Məktəbindən professor Dunkan Lokerbi istənilən formada olan hissəciklərin hərəkətini simulyasiya edə biləcək yeni bir formula təklif edib.

Metod, bir əsr əvvəl havadakı mikropartikulların davranışını təsvir etmək üçün hazırlanmış Kanninqem korreksiya faktorunun yenidən şərhinə əsaslanır.

Lokerbi qeyd edib ki, “...Əgər istənilən formalı hissəciklərin hərəkətini dəqiq proqnozlaşdıra bilsək, hava çirklənməsi, xəstəliklərin yayılması və atmosfer kimyası modellərini əhəmiyyətli dərəcədə təkmilləşdirəcəyik”.

İşlənib hazırlanmış yanaşma atmosfer proseslərinin - şəhər çirkləndiricilərinin və vulkanik külün yayılmasından tutmuş tibbdə və istehsalda nanomaterialların davranışına qədər - daha dəqiq modelləşdirilməsi üçün təməl qoyur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə