Dacia Sandero altı ayda Avropada 128.000 ədəd satıb...

JATO Dynamics hesabatında müəyyən edilib ki, Dacia Sandero yığcam hetçbek bu ilin ilk altı ayında Avropada ən çox satılan avtomobil olub.

SİA-nın məlumatına görə, 128 842 nüsxə avtomobil satılıb.

Buna baxmayaraq, Sandero-ya tələb 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb.

Reytinqin ikinci pilləsində satışları 7 faiz artaraq Renault Clio qərarlaşıb.

Bu müddət ərzində 122 489 avtomobil satılıb.

Üçüncü yeri 2 faiz artımla 109 146 ədədlə Peugeot 208 tutub. Dördüncü yeri satışları 5 faiz azalaraq 106 118 ədəd təşkil edən Volkswagen T-Roc krossoveri tutub.

Beşinci yeri satışları 17 faiz azalaraq 104 162 avtomobil təşkil edən Volkswagen Golf tutub.

Yarımillik nəticələr yüksək rəqabət və avtomobil bazarında davam edən dəyişikliklər şəraitində sərfəli və yığcam avtomobillərə sabit tələbi nümayiş etdirir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə