Ceff Bezosun maliyyələşdirdiyi peyk kosmosda itib...

...Amerikalı milyarder və Amazon-un qurucusu Ceff Bezos tərəfindən Yer Fondu vasitəsilə inkişafı maliyyələşdirilən peyk kosmosda yoxa çıxıb.

SİA-xəbər verir ki, bu barədə qurğuya nəzarət edən MethaneSAT kosmik missiyası məlumat yayıb.

İyunun 20-də orbital peyklə əlaqə kəsilib.

Qurğunun əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə məqsədilə Yer səthində metan emissiyalarını aşkar etmək olub.

Peykin ümumi dəyəri 88 milyon dollardır. MethaneSAT mühəndisləri hazırda cihazla əlaqənin kəsilməsini araşdırırlar. Bunun "bir qədər vaxt" alacağı iddia edilir.

...Öyrəndiklərimizi paylaşacağıq.

Bunu Reuters-in verdiyi xəbərə görə, MethaneSAT bildirib.

Yer Fondu 2020-ci ildə yaradılıb. Onun aktivləri 10 milyard dollardan artıqdır.

İyunun 19-da SpaceX-in Starship ağır qaldırıcı raketi statik atəş sınağı zamanı partlayıb.

Partlayış ilkin olaraq sürətləndiricinin birinci pilləsində baş verib. Sonra ikincisində ciddi yanacaq sızması olub. Şirkət həmçinin bu yaxınlarda kosmosa ağacdan hazırlanmış dünyanın ilk peykini göndərib.

…Kosmosda ağac yer səthindən daha çox güc nümayiş etdirəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə