Avtomobil sahibləri..? Tesla tarixində ən böyük sinxronlaşdırılmış işıq şousunu keçirdi.
SİA-nın məlumatına görə, tədbir fevralın 24-də Sint-Treidendəki (Belçika) DronePort saytında baş tutub və 1150 elektrik avtomobili cəlb edib ki, bu da yeni dünya rekordu olub.
Avtomobilin işıqlandırma effektləri ilə yanaşı, şouda Tesla loqosunu və səmada digər qrafik elementləri formalaşdıran dronlar da olub.
Tədbir Belçika və Hollandiyanın Tesla sahibi klubları tərəfindən təşkil olunub. Şounun əsas təşəbbüskarlarından biri olan Saymon Pollok növbəti geniş miqyaslı tamaşanın martın sonunda Chattanooga Charge çərçivəsində Çattanoqada (ABŞ) baş tutacağını açıqlayıb.
Xatırladaq ki, Tesla icması son bir neçə ildə bir neçə işıq şousuna ev sahibliyi edib.
San Luis Obispoda (ABŞ) bir musiqi qrupu avtomobil toplantısına qatılıb.
…Avstriyanın Zalsburq şəhərində işıq şousu romantik evlilik təklifinin tərkib hissəsi olub.
…Finlandiyada 2023-cü ildə 687 avtomobil iştirak edib,
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə