Serbiya millisi güləş üzrə dünya kuboku yarışında iştirak etməyəcək

Serbiya millisi güləş üzrə dünya kuboku yarışında iştirak etməyəcək

Serbiya millisi Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışında iştirak etməyəcək. SİA Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.

Turnirdə 5 komanda - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığması iştirak edəcək. Serbiya millisi ilə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.

Dünya kuboku yarışı noyabrın 4-6-da Bakı İdman Sarayında təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə