İdman fotoqrafları və jurnalistlər üçün beynəlxalq təlim keçiriləcək
Beynəlxalq Cüdo Federasiyası (BCF) ilə qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri ərəfəsində - noyabrın 3-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə idman fotoqrafları və jurnalistlər üçün beynəlxalq təlim təşkil edəcək. ACF-dən SİA-ya bildiriblər ki, BCF-in fotoqrafları Qabriyela Sabau və Tamuna Kulumbeqaşvili tərəfindən keçiriləcək təlim Heydər Əliyev adına idman arenasında baş tutacaq.
Təlimin əsas məqsədi cüdonun daha peşəkar işıqlandırılmasına nail olmaq və bu sahədə olan yeniliklərlə idman fotoqraflarını və jurnalistləri tanış etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB