“Real Madrid” mövsümün əvvəlindən bəri La Liqada məğlubiyyətsizlik seriyasını 12 oyuna çatdırıb.
SİA xəbər verir ki, bu gün Karlo Ançelottinin komandası evdə “Jirona” ilə heç-heçə oynayıb - 1:1.
Beləliklə, Madrid klubu La Liqanın 12 turunda 10 qələbə qazanıb və iki dəfə heç-heçə edib.
Onlar "Barselona"nı 1 xal qabaqlayaraq 32 xalla turnir cədvəlinə başçılıq edirlər.
Qeyd edək ki, “Real Madrid” növbəti dəfə noyabrın 7-də “Rayo Valyekano” ilə qarşılaşacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB