“Neftçi”nin futbolçusu Voyislav Stankoviç Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində bu gün keçiriləcək “Zirə” ilə matçda iştirak etməyəcək. SİA xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Bildirilib ki, serbiyalı müdafiəçi qrip virusuna yoluxduğu üçün qarşıdakı oyunu buraxacaq.
Onun gələn həftədən etibarən məşqlərə qoşulacağı gözlənilir.
Qeyd edək ki, “Zirə” – “Neftçi” matçı bu gün saat 17:30-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB