"Yuventus" Turin derbisində qələbə qazandı

"Yuventus" Turin derbisində qələbə qazandı

"Yuventus" A seriyasında növbəti oyununa çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, komanda səfərdə "Torino"nun qonağı olub. Turin derbisi "Yuventus"un minimal hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, xallarını 16-ya yüksəldən "Yuventus" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Torino" isə 11 xalla 11-ci yerdədir.

"Torino" - "Yuventus" - 0:1

Qol: Duşan Vlahoviç, 74

Bütün xəbərlər Facebook səhifəmizdə