"Barselona" Messiyə heykəl ucaldacaq

"Barselona" Messiyə heykəl ucaldacaq

İspaniyanın “Barselona” klubu karyerasının böyük hissəsini Kataloniya komandasında keçirmiş argentinalı hücumçu Lionel Messinin heykəlini ucaltmaq niyyətindədir. SİA-nın “Goal”a istinadən verdiyi xəbərə görə, bu barədə klubun prezidenti Joan Laporta məlumat verib.

“Biz Leo Messinin heykəlini “Kamp Nou”nun kənarında tikəcəyik. Qərar verilib”, - klub prezidenti vurğulayıb.

2021-ci ildə “Barselona”dan ayrılan Messi ikinci mövsümünü Fransanın PSJ klubunda keçirir. Bu mövsüm Messi komandanın Fransa çempionatında keçirdiyi 9 oyunun hamısında meydana çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, Messinin bazar dəyəri 50 milyon avrodur.

Argentinalı “Barselona”nın yetirməsidir. O, 2004-cü ildə əsas komandada debüt edib. Kataloniya klubu ilə birlikdə 35 titula sahib olub. Forvard yeddi dəfə “Qızıl top” qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə