Ferstappen 2-ci dəfə dünya çempionu olub

Ferstappen 2-ci dəfə dünya çempionu olub

"Formula 1" üzrə Yaponiya Qran-prisinin qalibi bəlli olub. SİA-nın məlumatına görə, "Red Bull"dan Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb. Bununla da niderlandlı pilot karyerasında 2-ci çempionluğunu qazanıb.

"Ferrari"dən Şarl Lekler finişə ikinci çatıb. "Red Bull"un digər pilotu Serxio Peres isə 3-cü yeri tutub.

Qeyd edək ki, mövsümün növbəti yarışı oktyabrın 23-də ABŞ-da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə