"Ayaks" ulduzunu qorxudan hadisə!

Hollandiyanın “Ayaks” komandasında oynayan mərakeşli futbolçu Mohamed İhattarenin dəbdəbəli avtomobili yandıqdan sonra polis yanğının baş vermə ehtimalını araşdırır. SİA xəbər verir ki, "De Telegraaf" qəzeti İhattarenin dəbdəbəli avtomobilinin Utrext şəhərində saat 03.00 radələrində yandığını bildirib.

Polisin şübhəsi ilə araşdırma başlatdığı hadisədən sonra İhattaren sosial media hesabında "Havada qısqanclıq var. Xoşbəxtlikdən maddi şeylər əvəz oluna bilər" sözlərini paylaşıb. Xəbərdə keçən həftə evlənən və bu mövsümü icarə əsasında "Ayaks"da keçirən İhattarenin ailəsinin avqust ayından təhdid edildiyinə dair məlumatlar yer alıb. Bildirilib ki, bu yaxınlarda İhattarenin qardaşı Yasir İhattarenin avtomobili yandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə