"Qol vurmaq mənim işimdir" - Batşuayi

"Qol vurmaq mənim işimdir" - Batşuayi

UEFA Millətlər Liqasının 5-ci həftəsində Belçika 10-cu dəqiqədə Kevin de Bruyne və 37-ci dəqiqədə Mişi Batşuayinin qolları ilə Ueli 2:1 hesabı ilə məğlub etdi. SİA xəbər verir ki, "Uels"in yeganə qolunu 50-ci dəqiqədə Kieffer Mur vurub. Belçikada "Fənərbağça"da çıxış edən Mişi Batşuayi 1 qol vurub, 1 məhsuldar ötürmə edib. Batşuayi milli forma ilə son 5 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. "Hücumçu kimi qol vurmaq mənim işimdir. İşlərin yaxşı getdiyi üçün çox şadam", deyə, Mişi bildirib.

Təcrübəli oyunçu "Biz Belçikayıq, hər şey mümkündür... Hər oyuna qalib gəlmək üçün çıxırıq. Dünya Çempionatına çox az vaxt qalıb. Hələ düzəldilməli olan şeylər var, amma deyə bilərəm ki, mənfi cəhətlərimizdən daha çox müsbət cəhətlərimiz var. Turnirlərdə meydançaya çıxmaq istəyirəm. Özümə güvənirəm. Son dövrdəki çıxışım da həqiqətən yaxşıdır... Bunu davam etdirəcəyəm və gözləntiləri doğrultmağa çalışacağam. Hazırda işlər çox yaxşı gedir”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə