27-28 Avqust tarixlərində Bakı İdman Sarayında "Olympic Hopes 2022" beynəlxalq karate turniri keçiriləcək. SİA xəbər verir ki, uşaqlar arasında təşkil edilən yarış Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təşəbbüsü ilə Avropa Karate Federasiyasının təqvim planına daxil edilib. Yarışdan bir gün əvvəl isə tanınmış Azərbaycan karateçiləri Rafael Ağayev və İrina Zaretskanın idarə edəcəyi seminar nəzərdə tutulub.
Uşaqlar arasında "Olympic Hopes 2022" Beynəlxalq Karate Turnirində Küveyt, Özbəkistan, Litva, Amerika Birləşmiş Ştatlar və Azərbaycandan 6-13 yaş arası 300-dək idmançı iştirak edəcək. Yarışın idarə edilməsinə bir neçə ölkədən beynəlxlaq hakimlər dəvət edilib.
AMKF bu turnirin hər il yay aylarında keçirilməsində və idmançı uşaqların məktəb tətili dövründə bir neçə günlük beynəlxalq idman düşərgəsi olmasında maraqlıdır.
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov http://az.karate.az/news/1472
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB