İdmançılarımız Madriddə Açıq Avropa turnirində iştirak edəcəklər. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 11-12 iyun 2022-ci il tarixlərində cüdoçularımız İspaniyanın Madrid şəhərində keçiriləcək Açıq Avropa turnirində medallar uğrunda mübarizə aparacaqlar.
Yarışda dünyanın 46 ölkəsindən 454 idmançı iştirak edəcək. Ölkəmiz turnirdə 13 cüdoçü ilə təmsil olunacaq.
Azərbaycan Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimləri Nazim Umbayev və Akif Tahirov turnirdə ədalət təmsilçiləri arasında yarışları idarə edəcəklər.
Böyük məşqçilər Elçin İsmayılov və Mehman Əzizovun rəhbərlik etdiyi böyüklərdən ibarət milli yığma komandanın üzvlərini sizə təqdim edirik:
-60 kq.
Nazir Talıbov
Rəşxan Baxışəliyev
-66 kq.
Tofiq Əliyev
Rəşad Yelkiyev
-73 kq.
Zaməddin Poladov
Nurlan Osmanov
-81 kq.
Kərim Məmmədov
Elcan Şəfiyev
-90 kq.
Rüfət İsmayılov
+100 kq.
İmran Yusifov
Qadınlardan ibarət milli yığma komanda isə yarışa baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə qatılacaq.
Komandanın üzvləri:
-48 kq.
Leyla Əliyeva
-63 kq.
Aytac Qardaşxanlı
-70 kq.
Südabə Ağayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB