"Qarşıya qoyulan hədəfə çatdıq"

"Qarşıya qoyulan hədəfə çatdıq"

Slovakiya millisində baş məşqçi səlahiyyətlərini icra edən Samuel Slovak UEFA Millətlər Liqasının Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycana qalib gəldikləri oyundan (1:0) sonra fikirlərini bildirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, keçirilən mətbuat konfransında deyib:

"Oyunun tempini təyin edən tərəf biz olmaq istəyirdik. Matçın əvvəlində istədiyimiz alındı. Sonradan sürəti azaltsaq da, yekunda bunu bacardıq. Matuş Bero və Vladimir Vayss ikinci hissədə oyunumuzu canlandırdılar və daha yaxşı hücumlar etdik. Nəticədə qarşıya qoyulan hədəfə çatdıq".

Bütün xəbərlər Facebook səhifəmizdə