"Bavariya" dünya çempionu ilə vidalaşıb

"Bavariya" dünya çempionu ilə vidalaşıb

Almaniya "Bavariya"sı futbolçusu Korenten Tolisso ilə yollarını ayırıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

2017-ci ildən Münhen təmsilçisində çıxış edən 28 yaşlı oyunçu 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Tolisso həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionluğunu qazanıb. O, "Bavariya"da 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə