140 milyon avro qazanmağı planlaşdırır?

“Barselona” yay transfer pəncərəsində futbolçu satışından 140 milyon avro qazanmağı planlaşdırır.

SİA Apasport.az-a istinadən xəbər verir ki, İspaniya nəhəngi Serjinyo Dest, Feenki de Yonq və Memfis Depayı satmaqla bu məbləği əldə etmək niyyətindədir.

Klub rəhbərliyi bu oyunçularla bağlı bütün təklifləri nəzərdən keçirməyə hazırdır. Bu, maliyyə çətinliklərinin aradan qaldırılması üçün zəruri addımdır.

Qeyd edək ki, 2021/22 mövsümündə Dest 31, de Yonq 46 (4 qol), Depay 27 (13 qol) oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...