Azərbaycan Kikboksinq Federasiyası loqo dəyişikliyi edib. SİA xəbər verir ki, yeni loqoda əvvəlkindən fərqli olaraq, Azərbaycanın atributları əks olunub. Belə ki, loqonun həm sol, həm də sağ tərəfi üçrəngli bayrağımızın rəngləri ilə əhatə edilib. Həmçinin loqoda bayrağımızda 8 guşəli ulduzun olduğunu bildirən bu qədər sayda ulduz və iki kikboksçunun mübarizəsi əks olunub.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən Azərbaycan Kikboksinq Federasiyasının əvvəlki loqosu 2000-ci ildən mövcud idi.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB