"Dinamo" (Zaqreb) komandası Xorvatiya çempionatında növbəti oyununu keçirəcək
Azərbaycan millisinin futbolçusu Mahir Emnrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiya çempionatında növbəti oyununu keçirəcək. SİA xəbər verir ki, son ölkə çempionu XXVII turda "Hayduk"un qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Zaqreb təmsilçisinin baş məşqçisi Jelko Kopiç matçdan əvvəl keçirdiyi mətbuat konfransında derbidə Emreliyə şans verəcəyini qeyd etmişdi.
Qeyd edək ki, hazırda 53 xalı olan "Dinamo" "Osiyek"lə birlikdə ilk iki pilləni bölüşdürür. Komanda rəqibi ilə müqayisədə bir oyun az keçirib. "Hayduk" isə 48 xalla 4-cü sırada qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB