“Vest Hem” - “Nyukasl” matçında qalib müəyyənləşməyib. “Aston Villa” evdə “Uotford”a, “Brayton” isə “Bernli”yə məğlub olub. “Sauthempton” “Everton” üzərində inamlı qələbəyə sevinibsə, “Arsenal” “Brentford”u məğlub yola salıb.
“Liverpul” doğma meydanda “Norviç Siti”yə qalib gəlib. Səfərdə “Kristal Pelas”la qarşılaşan “Çelsi” də turu qələbə ilə başa vurub.
Turun mərkəzi oyununda lider “Mançester Siti” ”Tottenhem”i sınağa çəkib. Beş qolun qeydə alındığı bu görüş “şəhərlilər”in məğlubiyyəti ilə başa çatıb.
İngiltərə Premyer Liqası
26-cı tur
19 fevral
Vest Hem – Nyukasl 1:1
Qol: Dauson, 32 – Uillok, 45+1.
Arsenal – Brentford 2:1
Qol: Smit Rou, 48. Saka, 79 – Norqaard, 90+3.
Aston Villa – Uotford 0:1
Qol: Dennis, 78.
Brayton – Bernli 0:3
Qol: Veqorst, 21. Braunhill, 40. Lennon, 69.
Kristal Pelas – Çelsi 0:1
Qol: Ziyeş, 89.
Liverpul – Norviç Siti 3:1
Qol: Mane, 64. Salah, 67. L.Dias, 81 – Raşiça, 48.
Sauthempton – Everton 2:0
Qol: Armstronq, 52. Lonq, 84.
Mançester Siti – Tottenhem 2:3
Qol: İ.Gündoğan, 33. Mahrez, 90+2-pen – Kuluşevski, 4. Keyn, 59; 90+5.
20 fevral
18:00. Lids – Mançester Yunayted
20:30. Vulverhempton – Lester Siti
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB