"Mançester Yunayted"in baş məşqçisi vəzifəsinə daha bir namizəd

"Mançester Yunayted"in baş məşqçisi vəzifəsinə daha bir namizəd

İspaniya millisinin baş məşqçisi Luis Enrike "Mançester Yunayted"i çalışdıra bilər.

SİA xəbər verir ki, 51 yaşlı mütəxəssis "qırmızı şeytanlar"ın baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir.

İspan mütəxəssislə yanaşı, PSJ-nin çalışdırıcısı Maurisio Poçettino və "Ayaks"ın baş məşqçisi Erik Ten Haq da namizədlər siyahısındadır.

Qeyd edək ki, Luis Enrikenin İspaniya millisi ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə