Komandamız ilk dəfə Qarüstü Polo üzrə Dünya kuboku turnirinin qalibi olub - FOTO

Komandamız ilk dəfə Qarüstü Polo üzrə Dünya kuboku turnirinin qalibi olub - FOTO

İsveçrənin Sankt-Morits şəhərində qarüstü polo üzrə 37-ci dünya kuboku başa çatıb. DSX-nın Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, yanvarın 27-dən start götürən və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev fondunun dəstəyi vəAzərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil edib.

Komandamız ilk görüşündəki rəqibi “Perrier Jouet” kollektivi ilə oyunda inamlı qələbə qazanıb, 2019-cu ilin qalibi “Badrutts Palace” ilə yarımfinal matçında əzmkarlıq nümayiş etdirərək rəqibini məğlub etmiş və turnirin həlledici final qarşılaşmasında “Clinique La Prairie” ilə üz-üzə gəlib.

Yanvarın 30-da Bakı vaxtı ilə saat 17:30-da start götürmüş final oyununa rəqib komanda reqlamentə uyğun olaraq yarım xal fərqlə öndə başlamışdır. Lakin buna baxmayaraq, "Land Of Fire" komandası prinsipial oyunun bütün komponentlərindərəqibdən üstün olaraq 6-2.5 xal hesabı ilə qələbə qazanıb.

Beləliklə, Azərbaycan poloçuları tarixdəilk dəfə qarüstü polo üzrə Dünya Kubokunun sahibi adını qazanıblar.

Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev dövlətimizin rəhbərliyi adından komanda üzvlərini bu qələbə münasibətilə təbrik edib.

Turnirin sonunda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə