Cüdoçumuz Qran-Pri turnirinin gümüş medalını qazanıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.

SİA xəbər verir ki, finala qədər bütün rəqiblərinə qalib gələn idmançımız həlledici mərhələdə Cənubi Koreya təmsilçisi Harım Li ilə qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.

Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 5 cüdoçu ilə qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...