Gürcüstan–Azərbaycan oyunu başlayıb

Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində Gürcüstan–Azərbaycan oyunu başlayıb. SİA xəbər verir ki, Azərbaycan millisinin heyətində Emin Kürdov, Eduardo Borges, Felipinyo, Bolinha, Vassoura, Rizvan Fərzəliyev, Fineo De Araujo, Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Hadi Ahmadi və Rafael Vilela yer alıblar.

Gürcüstan yığmasın heyətində Zviad Kupatadze, Çaguinha, Roninho, Thales Feito, Elisandro, Tornike Bukia, Petri Branko, Villian Lourenço, İrakli Todua, Şota Topuriya, Arçil Sebiskveradze, Nikoloz Kurtanidze, Giorgi Qavtadze və Vaxtanq Kekeliya mübarizə aparırlar.

Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da keçirilən görüşü fransalı referi Sedrik Pelisye idarə edir.

Bu matçadək komandalar 3-ü rəsmi olmaqla, 9 matçda üz-üzə gəliblər. İlk duel 22 il əvvəl baş tutub və heç-heçə başa çatıb – 6:6. Ümumiyyətlə, bu 9 oyunun 7-də komandamız qələbə qazanıb. Bir matçda heç-heçə qeydə alınıb. Yeganə yenildiyimiz görüş isə 2013-cü ildə keçirilib – 1:2.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...