"Beşiktaş"ın yarım müdafiəçisinin transferi üzrə mübarizə gedir

"Beşiktaş"la müqaviləsi mövsümün sonunda başa çatacaq Domaqoj Vidanın transferinə maraq artmaqda davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçiyə 2,5 illik müqavilə təklifi edən İngiltərənin "Uotford" klubu onu yarımçıq transfer etmək istəyir.

Premyer Liqadan “Nyukasl Yunayted”lə yanaşı, Fransa Liqa 1-dən “Bordo” və İtaliya A Seriyasından “Udineze” də 32 yaşlı futbolçunun transferini gündəmə gətirib.

Qeyd edək ki, “Beşiktaş”la əvvəlki görüşlərindən istədiyini ala bilməyən Vidanın da qərar mərhələsində olduğu, onun mövsümü “ağ-qaralar”da başa vurub-vurmayacağını dəyərləndirdiyi bildirilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə