Çempionar Liqası: PSJ-dən darmadağın...

Bu gün futbol üzrə UEFA Çempionar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turuna start veriləcək.

SİA xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupları üzrə ümumilikdə 8 qarşılaşma baş tutacaq.

A qrupunda PSJ Fransada “Brügge”ni qəbul edəcək. "Mançester Siti" isə Almaniyada "Leyptsiq"in qonağı olacaq. Bu qrupda ilk 2 pillənin sahibi bəlli olduğundan əsas mübarizə 3-cü yer uğrunda gedəcək. Bundesliqa təmsilçisi qalib gələcəyi halda digər matçın nəticəsindən asılı olmayaraq, Avropa Liqasının pley-offuna vəsiqə əldə edəcək.

B qrupunda 1/8 finala yüksəlməsi dəqiqləşən "Liverpul" İtaliyada "Milan"la qarşılaşacaq. Qrupun digər oyununda "Portu" evdə Madrid "Atletiko"sunu sınağa çəkəcək. Hazırda 2-ci sırada yer alan portuqaliyalılar Madrid təmsilçisini məğlub etsə, qrupdan çıxan 2-ci komanda olacaq.

C qrupunda "Beşiktaş" Dortmund "Borussiya"sının qonağı olacaq. Qonaqlar avrokuboklarda mübarizə dayandırdığından, meydan sahibləri isə Avropa Liqasının pley-offunu təmin etdiklərindən qarşılaşma forma xarakter daşıyacaq. Digər görüşdə isə qrup qalibi olan "Ayaks" "Sportinq"lə münasibətlərinə aydınlıq gətirəcək.

D qrupunda Madrid “Real”ı doğma meydanda "İnter”lə 1-ci yer uğrunda mübarizə aparacaq. Hər iki komanda növbəti mərhələyə vəsiqə qazanıb. Qrupun digər oyununda isə Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən Moldova "Şerif"i qrup sonuncusu olması dəqiqləşən Donetsk "Şaxtyor”unu qəbul edəcək.

ÇL-də “Mançester Siti", PSJ, "Liverpul", "Ayaks", "Sportinq", "Real" və "İnter"lə yanaşı, "Bayern" (Almaniya), "Yuventus" (İtaliya), "Mançester Yunayted" və "Çelsi" (İngiltərə) klubları da 1/8 finala vəsiqəni təmin edib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 6-cı tur

7 dekabr

A qrupu

PSJ (Fransa) - "Brügge" (Belçika) 4:1
Qol: Mbappe, 2; 7. Messi, 38; 76 – Rits, 68.

"Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə) 2:1
Qol: Soboslai, 24. A.Silva, 71 – Mahrez, 77.

Xal durumu: Mançester Siti – 12, PSJ – 8, Leyptsiq – 4, Brügge – 4.

B qrupu

00:00. "Milan" (İtaliya) - "Liverpul" (İngiltərə)

00:00. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: Liverpul – 15, Portu – 5, Milan – 4, Atletiko – 4.

C qrupu

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Beşiktaş" (Türkiyə)

00:00. "Ayaks" (Niderland) - "Sportinq" (Portuqaliya)

Xal durumu: Ayaks – 15, Sportinq – 9, Borussiya – 6, Beşiktaş – 0.

D qrupu

00:00. "Real" (İspaniya) - "İnter" (İtaliya)

00:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Şerif" (Moldova)

Xal durumu: Ayaks – 15, Sportinq – 9, Borussiya – 6, Beşiktaş – 0.

Bütün xəbərlər Facebook səhifəmizdə