Andre Onana "İnter"ə keçməyə yaxındır

Andre Onana "İnter"ə keçməyə yaxındır

"Ayaks"ın qapıçısı Andre Onana "İnter"ə keçməyə yaxındır.

SİA İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper Milan təmsilçisi ilə bütün detallarda razılığa gəlib. "İnter"in 2022-ci ilin yayında - Onana azad agent statusunda olanda onun keçidi rəsmiləşdirəcək.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan kamerunlu qapıçı 2015-ci ildən "Ayaks"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə