"Onsuz da, o bizdən deyildi...”

Məlum olduğu kimi, artıq Kataloniya paytaxtında Antuan Qrizmann dövrü başa çatıb. Yəni Barsadan ayrılan fransız hücumçu artıq Madrib “Atletiko”sunun oyunçusudur. Deyim ki, Qrizmannın "Barselona" azarkeşləri ilə vidalaşarkən doluxsunduğu da bildirilir. Barselonadakı dəstək və sevgilərinə görə azarkeşlərə təşəkkür edən fransız hücumçu, “mən də sizin azarkeşlərindən biri oldum”-deyə öz hislərini də gizlətməyib.

Amma, sən demə, Qrizmannın "Barselona"da oynaması bəzi oyundaşları tərəfindən elə də yaxşı qəbul edilmirmiş. Belə ki, ötən gün soyunma otağında olan bəzi futbolçular Qrizmann Barsadan ayrılmasından sonra onsuz da “o bizdən deyildi” deyib çox xoşbəxt olduqları bildiriblər.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə