"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
SİA klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi İldar Ələkbərovu heyətinə qatıb. 20 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.
Qeyd edək ki, “Zenit” Futbol Akademiyasının yetirməsi olan İldar, karyerası ərzində Rusiyanın “Stroqino” (Moskva) və “Nefteximik” (Nijnekamsk) komandalarında çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə