“Beşiktaş”dakı Kayle Larin İngiltərə Premyer Liqa klublarının diqqətini çəkməyə davam edir. SİA-nın xarici mətbuta istinadən verdiyi məlumata görə, 23 qol və 6 asistlə ikiqat çempionluqda böyük pay sahibi olan Kayle Larin, bu mövsüm Beşiktaş forması ilə 45 rəsmi matç oynayarkən, İngiltərə Premyer Liqa klublarının diqqətini çəkməyə davam edir. Qara-ağlı rəhbərlik, ara transfer dövründə bəzi ingilis komandalarının kanadalı hücumçu üçün təkliflərini rədd edib. “Everton”, “Vest Ham Yunayted” və “Vest Bromviç Albion”un Larinə rəsmi olaraq can atdığı iddia edilir, lakin komanda, çempionluğu əldə etmək üçün hücumçunun transferinə icazə verməyib.
Qara-ağlı rəhbərliyin texniki heyətinin də çox məmnun olduğu Kayle Larini xaricdən çox cəlbedici təklif olmadığı təqdirdə heyətdə saxlayacağı ifadə edilir. Kanadalı ulduza İngiltərədən 10 milyon avronu keçən təklif gələrsə gedə biləcəyi deyilir. Kayle Larin çempionluqdan sonra Beşiktaşda çox xoşbəxt olduğunu ifadə edərkən, Avropaya da açıq bir qapı buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB