BŞGİBİ tərəfindən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub - VİDEO

BŞGİBİ tərəfindən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub - VİDEO

Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq 2021-ci il “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı Sərəncam imzalanıb. Bu münasibətlə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. SİA-nın verdiyi məlumata görə, telə tədbirlərdən biri də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Gənclər evi” sosial xidmət müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilən “Dahi şairimiz Nizami Gəncəvinin irsini öyrənirik” adlı layihədir.

Layihənin aparıcısı və 6 nəfər fəal gənc “Nizami” metro stansiyası, Nizami Beynəlxalq Mərkəzi, Nizami Kino Mərkəzi, Nizami küçəsi, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi və Nizami heykəli haqqında maaridləndirici məlumatlar verib.

Layihənin keçirilməsində məqsəd yeniyetmə və gənclərimizə xalqın milli ənənələrinə hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan vətəndaş və şəxsiyyətlərin formalaşdırılmasının mühüm vasitələrindən biri Azərbaycanın zəngin tarixini, o cümlədən mədəniyyət tarixini dərindən öyrənmək və öyrətməkdir. Ümummilli lider Heydər Əliyevin bu baxımdan söylədiyi sözlərdə böyük elmi həqiqət vardır: “Milli dəyərlərimizi, ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.

Sizə layihənin video çarxını təqdim edirik:

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə