Futbol üzrə İtaliya A Seriyasında 32-ci turun oyunları keçirilir.
SİA xəbər verir ki, turun əksər qarşılaşmaları bu gün baş tutub.
“Milan” bu turda “Sassuolo”nu qəbul edib və doğma meydanda məğlubiyyətə üzülüb. “Yuventus” isə “Parma” ilə ev oyununda inamlı qələbəyə sevinib.
Lider “İnter”in bu turdakı rəqibi “Spetsiya” olub. Milan təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.
“Cenoa” – “Benevento” və “Bolonya” – “Torino” matçlarında qalib müəyyənləşməyib. “Krotone” evdə “Sampdoriya”ya, “Udineze” isə “Kalyari”yə məğlub olub.
İtaliya A Seriyası
32-ci tur
21 aprel
Milan – Sassuolo 1:2
Qol: H.Çalhanoğlu, 30 – Raspadori, 76; 83.
Cenoa – Benevento 2:2
Qol: Pandev, 11; 21 – Viola, 5. Lapadula, 15.
Bolonya – Torino 1:1
Qol: Barrov, 25 – Mandraqora, 58.
Krotone – Sampdoriya 0:1
Qol: Kvalyarella, 53.
Yuventus – Parma 3:1
Qol: A.Sandro, 43; 47. De Liqt, 68 – Bruqman, 25.
Spetsiya – İnter 1:1
Qol: Farrias, 12 – Perişiç, 39.
Udineze – Kalyari 0:1
Qol: J.Pedro, 55.
20 aprel
Verona – Fiorentina 1:2
Qol: Salsedo, 72 – Vlahoviç, 45+2-pen. Kaseres, 65.
22 aprel
20:30 Roma – Atalanta
22:45 Napoli – Latsio
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB