İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir. SİA-nın məlumatına görə, Premyer Liqa təmsilçisi Argentinanın “İndepandente” klubunun futbolçusu Moyses Kaydedonu transfer etmək fikrindədir.
Mançesterlilər 19 yaşlı oyunçunun agenti ilə danışıqlara start verib. Onunla 5 illik müqavilənin imzalanacağı gözlənilir. Bu transfer 5 milyon avroya başa gələcək.
Qeyd edək ki, Ekvador yığmasında 4 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB