Ölkəsinin ən yaxşısı adına layiq görülüb

Ölkəsinin ən yaxşısı adına layiq görülüb

Avstriyada 2020-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın məlumatına görə, bu ada Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba layiq görülüb.

28 yaşlı oyunçu hamıdan çox səs toplayaraq 7-ci dəfə ölkəsinin ən yaxşısı seçilib. O, 2011-2016-cı illər aralığında 6 dəfə mükafata sahib çıxıb. Ulduz futbolçu səsvermə zamanı Marsel Sabitzer (“Leypsiq”) və Dominik Soboslayı (“Zalsburq”) qabaqlayıb.

Qeyd edək ki, sorğuda Avstriya Bundesliqasındakı klubların baş məşqçiləri və idman direktorları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə